16 C
Bakı
27 Sentyabr 2025 23:09
Cəmiyyət

Polad Həşimovun həyat yoldaşına yüksək vəzifə VERİLDİ

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib.

 

Tacxeber.com-ın məlumatına görə, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.

 

O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.

 

O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Deputatdan Tofiq Yaqublunun ailəsinə çağırış — “Prezident bu halda onu əfv edər”

redaktor

Siyavuş Novruzov: “Azərbaycanda heç kim dini baxışlarına görə sıxışdırılmır, təqib olunmur, həbs edilmir”

redaktor

Elman Nəsirov: Bu gün ölkəmizdə dilənçiliyin forması yaxşılaşıb

redaktor