19 C
Bakı
23 İyun 2025 23:09
CəmiyyətGündəmHadisə

Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Nazirlik araşdırmalara başladı

“Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çökməsi nəticəsində xəsarət alan olmayıb”.

 

Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi verib.

 

“1991-ci ildə tikilərək sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın 1-ci blokunun giriş hissəsində – pilləkən qəfəsində çökmə baş verib.

 

Dərhal Abşeron RİH-nin və müvafiq qurumların əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarına məlumat verilib.

 

Bildiririk ki, çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra tərəfimizdən təmir-bərpa işlərinə başlanılacaq”, – deyə məlumatda bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Mavi bülletenlə axtarılan Şamil Əmirov saxlanıldı

redaktor

Tanınmış vəkil həbs edildi

redaktor

Əsir hərbçimizin İrəvandan anasına göndərdiyi MƏKTUB

redaktor