13 C
Bakı
30 Mart 2026 12:39
Siyasət

Seçkidə bütün partiyalar qazandı, onlar itirdi… – Foto

Ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlumdur. 125 dairənin hər birində seçki baş tutub və Milli Məclisin yeni tərkibi formalaşıb.

 

Tacxeber.com xəbər verir ki, növbədənkənar parlament seçkilərinin şəriksiz qalibi hakim Yeni Azərbaycan Partiyasıdır. YAP-ın 68 namizədi deputat mandatı qazana bilib.

 

“Ana müxalifət” statusuna isə Vətəndaş Həmrəyliyi Partiyası yiyələnib. VHP-nin 3 namizədi Milli Məclisin deputatı seçilib. Bununla yanaşı, ƏHD Partiyasının 2, BQP-nin 1, BAP-ın 1, AVP-nin 1, MCP-nin 1, ReAL-ın 1 və MDP-nin 1 namizədi marafondan qalib ayrılıb.

 

Parlament seçkilərində iştirak edən Müsavat Partiyası, Ümid Partiyası, KXCP və Ağ Partiyanın isə heç bir namizədi seçkidə qalib gələ bilməyib.

 

Növbədənkənar parlament seçkilərində ən böyük acını Müsavat Partiyası yaşayıb. İsa Qəmbərin rəhbərlik etdiyi təşkilat seçkilərdə nəinki 1 mandat qazana bildi, hətta özünün aparıcı funksionerlərindən olan professor Nəsiman Yaqublunu da itirdi. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan Nəsiman Yaqublu avqustun 25-də Zəngilanda yaşayan seçicilərlə görüşdən qayıdarkən Cəbrayıl rayonu ərazisində ağır avtomobil qəzası keçirərək, faciəli şəkildə həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi

redaktor

“28 bəndlik sülh planı”

redaktor

Putin işdən çıxarandan sonra intihar edən nazir belə basdırılacaq: Kilsə tələb edir

redaktor