CəmiyyətGündəmHadisə

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Həlak olan var

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

 

Bu barədə “Report”a “Azneft” İB-dən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

 

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı Rafiq İsa oğlu İslamov həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Tacxeber.com

Oxşar xəbərlər

Keçən gecə İranın nüvə obyektləri bombardıman nəticəsində məhv edilib.

admin

Baboş deputat olsun! – Təklif verildi

redaktor

Güzəştli mənzillərin onlayn satışı ilə bağlı nə baş verib ?

admin