CəmiyyətGündəmHadisə

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Həlak olan var

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

 

Bu barədə “Report”a “Azneft” İB-dən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

 

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı Rafiq İsa oğlu İslamov həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada güclü zəlzələ oldu

redaktor

“Qarabağ”la oyuna 3 gün qalmış baş məşqçini istefaya göndərdilər

admin

Qasım Süleymani Azərbaycanlı imiş?..

admin