21 C
Bakı
21 İyun 2025 22:25
Cəmiyyətİdman

Kurban Berdıyev Ehtiram Quliyevdən daha iki transfer istədi – klub prezidenti tapşırıq verdi, axtarışlar gedir

“Turan Tovuz”un mövsümə yaxşı başlaması futbol ictimaiyyəti üçün də sürpriz olub. Kurban Berdıyevin gəlişiylə dəyişiklik gözlənirdi. Amma ilk 5 tura 13 xal hətta nikbin proqnozların belə üzərində olan nəticədir.

 

Bütün bunlara rəğmən, Berdıyev klub prezidentinə güclənməyin vacib olduğunu deyib. Təcrübəli mütəxəssis mövsümün çətin dönəmlərinin qabaqda olduğunu, uzun marafon üçün heyətin kasadlığını qeyd edib.

Tacxeber.com sportal.az-a istinadən xəbər verir ki,  Kurban Berdıyev Ehtiram Quliyevdən iki transfer istəyib. Onlardan biri oyun qurucusu, o birisi isə hücumçu mövqeyinədir. Ehtiram bəy məşqçinin istəyinə müsbət yanaşıb və bu istiqamətdə iş aparılmasına tapşırıq verib.

 

Axtarışlar gedir. Klubun skautları transfer pəncərəsi bağlanana qədər 2 futbolçunun keçidini həll etməyə çalışırlar.

Tacxeber.com

Oxşar xəbərlər

Santuş “Neftçi”nin qapıçısını zədəli halda oynadıb – ŞOK AÇIQLAMA – FOTO

redaktor

Azərbaycanda Ramazan bayramı qeyd olunur

redaktor

Emin Ağalarov Bakıdakı festivala 14 milyondan çox xərcləyib.

admin