21 C
Bakı
23 İyun 2025 00:03
DünyaMuharibə

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi…-RƏSMİ

Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib.

 

“Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

 

Təfərrüatlar:

Rəsmilərə görə, bu,  həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur.

Gecə boyu döyüş sursatları – dalğalarla və müxtəlif istiqamətlərdən gəldi.

Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib.

İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.

 

 “Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin – sığınacaqlara yollanın!” Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib.

 

Onu da əlavə edək ki, Ukrayna ordusu Baş Qərargahından bu səhər verilən məlumata görə, son 24 saat ərzində Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1360 əsgər, 8 tank və 42 artilleriya sistemi itirib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin Ukraynada döyüşən rus hərbçilərə iki təklifi var

redaktor

Xanımını itirən 99 yaşlı sabiq prezident özünə məzar qazdırdı – FOTOLAR

admin

Zelenski 9 May paradında iştirak edəcək liderlərə xəbərdarlıq edir.

admin