Dünya

“Google”dan YENİLİK: Süni intellektlə xəstəliyin erkən diaqnostikası mümkün olacaq

“Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaradıb.

Tacxeber.comxarici mətbuata istinadən xəbər verir ki, “Google”in 300 milyon səs parçası ilə yaratdığı bu model sayəsində vərəm və qrip kimi nəfəs yolları xəstəliklərinin erkən diaqnozu qoyula biləcək.

Erkən diaqnoz isə insanlara vaxtında müalicə olunmaq imkanı verəcək.

Yenilik bununla bitmir, belə ki, süni intellekt modeli, habelə hər hansı birinin səsindən onun qripə yoluxduğunu müəyyən edə biləcək.

Yeni model smart telefonlar vasitəsilə asanlıqla istifadə olunacaq.

Modelin dünyanın müxtəlif yerlərində əlçatan olması üçün Hindistanın “Salcit Technologies” firması ilə əməkdaşlıq ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Toyumuzu məhv etdilər” – VİDEO

redaktor

“Nəhayət, bu iyrənc əsr başa çatır”

redaktor

Avropa Parlamentində Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq çağışları eşidilir

admin