12 C
Bakı
29 Mart 2026 20:54
DünyaMuharibə

F-16-nı Ukrayna tərəfi vurub? – Bir istefanın şok səbəbi

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin qəzaya uğradığını və pilotun öldüyünü rəsmən təsdiqləyib.

 

İlkin məlumatlarda F-16 təyyarəsini Rusiya qüvvələrinin raket hücumunu dəf edərkən vurulduğu bildirilirdi.

CNN-in məlumatına görə, Ukraynada F-16 təyyarəsi qəzaya uğrayıb. Təyyarəni ABŞ-da təlim keçən pilot Aleksey Mes idarə edib.

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Mesin ölümü ilə bağlı mesajında ​​bu barədə heç bir məlumat verilməyib.
Olayın ardından Ukrayna prezidenti Volodimir Zelenski Nikolay Oleşkuku Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

 

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, genaralın istefaya göndərilməsinin səbəbi açıqlanmasa da, məlum hadisə ilə əlaqəsi istisna deyil: “Ukraynada F-16-nın öz ərazisində qəzaya uğramasından sonra təyyarənin “dost atəşi” ilə vurulmasına dair iddialar vardı. Üstəlik, bu iddia deputat Mariya Bezuqlaya tərəfindən irəli sürülürdü. Deputatın fikrincə, təyyarə böyük ehtimalla, Ukraynaya verilmiş “Patriot” tərəfindən düşürülüb.

 

Ciddi əks-səda doğuran bu iddiadan sonra Pentaqon da hadisənin araşdırılmasına qatılmışdı və ardınca da Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı istefaya göndərildi. Görünür, müştərək araşdırmalar nətisində F-16-nın “dost atəşi” ilə vurulduğu versiyası öz təsdiqini tapıb”.

Tacxeber.com

Oxşar xəbərlər

Floridada Donald Tramp tərəfdarları Trampı dəstək məqsədi ilə piket keçirdiblər – VİDEO

admin

Rusiya Ukrayna bataqlığında: 24 saatda 1160 canlı itki

redaktor

Dəfn mərasiminə dəvət edilməyən Pezeşkiandan Nəsrullahla bağlı PAYLAŞIM

redaktor