23 C
Bakı
22 İyun 2025 19:23
Maraqlı

56 ildir tək böyrəklə yaşayırmış – Özü də bu sayədə öyrəndi

Türkiyədə Bursa xəstəxanasına müraciət edən İsmail İlman adlı şəxs 56 ildir bir böyrəklə yaşadığını öyrənib.

 

Tacxeber.com “İHA” agentliyinə istinadən xəbər verir ki, müayinələr zamanı adıçəkilən şəxsin tək böyrəyində 15 santimetrlik kütlənin olduğu müəyyən edilib.

 

Xəstə vəziyyəti ilə əlaqədar böyrək əvəzləyici terapiyadan (dializ) imtina etdikdən sonra əməliyyat olunub. Tək böyrəyinin üçdə ikisini itirən xəstənin əməliyyatı uğurla həyata keçirilib. Onun dializdən asılı olmadan sağlamlığına qovuşacağı bildirilib.

 

Oğlu Oğuz İlman atasının tək böyrəklə heç bir problem olmadan həyatını davam etdirməsinə təəccübləndiklərini deyib: “Atamın heç bir problemi olmadığı üçün 56 ildən sonra yeganə böyrəyinin olduğunu öyrəndik. O, 25 il işləyib və 6 ildir ki, təqaüdə çıxıb. Atam hərbi xidmət keçməyib. Bunun boy və çəkiyə görə olduğunu düşünürdük. Ancaq bir böyrəyi olduğu üçün qəbul edilməyibmiş”.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Çində “İt dağı”nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladı- FOTOLAR

redaktor

Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

redaktor

Burnunuzun böyük və ya kiçik olması ananızın yediyi qidalardan asılıdır – ARAŞDIRMA

redaktor