12 C
Bakı
28 Mart 2026 05:57
Şou

“Mənə özümdən başqa heç kim çərçivə qoya bilməz”

 

“Qaydalara heç əməl etmirəm. Deyirlər, tez yatıb, tez durmaq lazımdır. Amma gec yatıb, tez dururam. Amma aldığım yuxu mənə bəs edir. Hərdən ürəyimiz gülməyəndə, üzümüz gülür. Var-dövlət gəlib keçicidir, əsas hörmətdir. Mən də o hörməti qazanmışam. “.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva videoaçıqlamasında deyib. Müğənni izləyicilərinin suallarını cavablandırıb.

 

Xanbabayeva verilişlərə getməməsindən danışıb:

 

“38 ildir efirə az çıxmışam. Zəng vuranda aylarla uzadıram: sentyabrda deyirəm, oktyabrda, oktyabrda deyirəm Yeni ildə. Sosial şəbəkələr yaranandan sonra hərənin bir tribunası var. Buradan asılı qalmışıq. İşimizin bir parçası olub”.

 

İfaçı qapalı geyimləri haqda suallara “Mənə özümdən başqa heç kim çərçivə qoya bilməz” cavabını verib.

 

Müğənni konsert verəcəyini açıqlayıb:

 

“Zamanı gəlib. İnşallah, gözəl bir repertuarla qarşınıza çıxaram”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qadın nə qədər ağıllı olsa da kişi daha güclüdür” – Əkbər Əlizadə

redaktor

Gülay Zeynallıya zəng etsəm də, bir dəfə belə gəlmədi – Giley

redaktor

“AzTV-ni bir küpəgirən qarı zəbt edib” – Yuxu, ya atmaca?

redaktor