Dünya

Tramp Kamilla Harrislə debata razı oldu

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp sentyabrın 10-da rəqibi Demokratlar Partiyasının namizədi və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə canlı yayımda debata razılıq verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media platformasındakı hesabında yazıb.

 

“Yoldaş Kamala Harrislə debat üçün Radikal Sol Demokratlarla razılığa gəldim”, – Tramp yazıb.

 

O, debatın sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərindən ABC telekanalında canlı yayımlanacağını bildirib.

 

Tramp həmçinin deyib: “Qaydalar, bəlkə də, saxtakar Co Bayden istisna olmaqla, hamı üçün yaxşı nəticə verən son CNN debatı ilə eyni olacaq. Debat ayaq üstə olacaq və namizədlər qeydlər və ya hər hansı digər vərəqləri gətirməyəcəklər”.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldın rusiyalı xanımı Marina niyə zaman-zaman ifadələrini dəyişdirirdi?

admin

Rusiyanın dəhşət saçan həbsxanaları və caniləri – Nurpaşa da oradadır…

admin

Dəhşətli döyüşlər gedir: hər iki tərəfdən böyük itkilər var

admin