25 C
Bakı
11 Avqust 2025 01:21
CəmiyyətGündəmHadisəQalmaqal

Polis rəisinin içərisində olduğu maşın qəza törədərək insan həyatına son qoydu.

Avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tacxeber.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu “Toyota” markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

 

Qeyd edək ki, avqustun 25-i axşam saat 23 radələrində Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Paşayev həyatını itirib.

Tacxeber.com

Oxşar xəbərlər

Papanın sərvətinə DİQQƏT!

admin

“WhatsApp”da yeni funksiya: həm səsi dinlə, həm də…

redaktor

FHN-nin bağladığı mağaza Şəbnəm Tovuzlunun ərinin imiş… – VİDEO

redaktor