30 C
Bakı
10 Avqust 2025 10:43
Maraqlı

Araşdırmalar həqiqəti üzə çıxartdı! Ən ağıllı uşaqlar bu ayda doğulur

 

Alimlər son araşdırmalarında uşaqların doğulduğu ay ilə onların intellekt səviyyələri arasındakı əlaqəyə işıq salıblar. Bu araşdırma nəticəsində ən ağıllı uşaqların hansı ayda doğulduğu məlum olub.

 

Tacxeber.com xəbər verir ki, alimlər tərəfindən aparılan araşdırma insanların doğulduqları aydan asılı olaraq fərqli intellekt səviyyələrinə və tiplərinə malik olduqlarını təəccübləndirən nəticələr ortaya çıxarıb. ABŞ-da aparılan bir araşdırma 1 milyon şagirdin məlumatlarını təhlil edərək, hansı ayda doğulan uşaqların digərlərinə nisbətən daha uğurlu olduğunu müəyyən edib.

 

Araşdırmanın nəticələrinə görə, sentyabr ayında doğulan uşaqlar digər aylarda doğulan uşaqlara nisbətən akademik baxımdan daha uğurlu olurlar. Sentyabr ayında doğulan uşaqlar təkcə ibtidai sinifdə deyil, orta və ali məktəbdə də digər şagirdlərdən daha uğurlu nəticələr əldə edirlər.

 

Eyni zamanda, avqust ayında doğulan uşaqlar sentyabrda doğulan uşaqlar kimi akademik uğur qazanmasalar da, onların idmanda, xüsusilə, futbol, basketbol kimi sahələrdə daha çox uğur qazandıqları üzə çıxıb. Avqust ayında doğulan ulduz aktyorların da sayının daha çox olduğu statistik olaraq vurğulanır.

Tacxeber.com

Oxşar xəbərlər

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

redaktor

Hansı kripto pulları almaq daha faydalıdır? – Mütəxəssis

admin

Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

redaktor