24 C
Bakı
12 Avqust 2025 01:21
Siyasət

Ramil Səfərovun xanımı rəqiblərini qabaqladı – FOTO

 

Növbədənkənar parlament seçkilərində 119 saylı Ağdam Seçki Dairəsində Şəbnəm Səfərova rəqiblərindən üstün görünür.

 

Tacxeber.com xəbər verir ki, “Ağdam TV” və “Ağdam” sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri sorğuda o, rəqiblərini qabaqlayaraq ilk pillədə yer alıb. Şəbnəm Səfərova seçicilərlə keçirdiyi silsilə görüşlərlə və KİV-də apardığı uğurlu kampaniya ilə də fərqlənir.

 

Xatırladaq ki, 119 saylı Ağdam Seçki Dairəsindən 9 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir. Sözügedən dairədə əsas mübarizənin Şəbnəm Səfərova, “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov və sabiq deputat Bəxtiyar Əliyev arasında keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, hazırda BDU-da rektor müşaviri kimi çalışan Şəbnəm Səfərova polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Süleymani İranın nüvə bombasının atası olan dəhşətli adam olub” – Tramp

admin

Ukrayna müharibəni uduzacaq: yeni liderlərə, “B” planına ehtiyac var.

admin

Azərbaycanla Ermənistan razılığa gəldi: Noyabrda sülh müqaviləsi imzalanacaq – Sensasion iddia

admin