26 C
Bakı
11 Avqust 2025 03:02
CəmiyyətGündəmİqtisadiyyat

Bakı Oksford Məktəbini alan yoxdur, 2 milyon ucuzlaşdı – MƏBLƏĞ

Bakı Oksford Məktəbi yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin hərraclar mərkəzinin vasitəsilə satışa çıxarılıb.

 

Tacxeber.com xəbər verir ki, sözügedən bina Səbail rayonunda Badamdar qəsəbəsinldə yerləşir.

 

İyul və avqust aylarında satışa çıxarılan obyektin ilkin qiyməti 22,2 milyon manatdır.

 

Bundan öncə Bakı Oksford Məktəbi hərracda 24,7 milyona təklif olunub.

 

Xatırladaq ki, Bakı Oksford Məktəbi həbsdə olan Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus idi. Bina müsadirə edilib və satışa çıxarılıb.

 

Hərracda iştirak etmək istəyənlər 2,2 milyon manat beh verməlidirlər.

 

 

Oxşar xəbərlər

Könül Xasıyeva Almaniyaya getdi ?

admin

Axundun əməlində cinayət tərkibi yoxdur – Hüquqşünas

redaktor

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxladı.

admin