24 C
Bakı
26 Sentyabr 2025 16:55
Cəmiyyət

Nazir 3 ildən sonra Qaraşovun yerinə təyinat etdi – FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Hüseynov Araz Müsafir oğlu vəzifəsindən azad edilib.

 

Qaynariinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

 

Nazirin digər əmri ilə polkovnik Araz Hüseynov Cənub Regional Mərkəzinin rəis müavini təyin olunub.

 

Qeyd edək ki, 2021-ci ilin noyabr ayından Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşov Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirlikdə yüksək vəzifəyə təyin edilib. Həmin vaxtdan Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsi boş qalmışdı.

 

 

Oxşar xəbərlər

Meyiti Polşada çaydan tapılan Adilənin əmisi oğlu DANIŞDI: “Evdən çıxanda…” – VİDEO

admin

“Adam bilmir qəzəblənsin, yoxsa gülsün”. – Pənah Hüseyn “xəyanət” QALMAQALI haqqında

admin

UEFA Azərbaycan klublarına yüz minlərlə ödəniş etdi.

admin