19 C
Bakı
26 Sentyabr 2025 22:26
Siyasət

Ərdoğan müxalifətçi deputatı məhkəməyə verdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi deputata qarşı 250 min lirə (təxminən 7,3 min dollar) mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edib.

 

“Report”un məlumatına görə, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın “X” sosial şəbəkəsində məlumat verib.

 

“Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, – deyə o bildirib.

 

T.Özkan daha əvvəl “X” sosial şəbəkəsində Türkiyə lideri və yerli hakimiyyət nümayəndələrinin ünvanına bir sıra təhqirlər yazıb. Nazirlər Kabinetinin üzvləri müxalifətçi deputatı qınayıb və tənqid ediblər. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç bildirib ki, Özkanın ifadələri ilə bağlı ona qarşı istintaq başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zəngəzur dəhlizinin əvəzində bunu almalıyıq: Görün ermənilər nə tələb edirlər

redaktor

“Borel kimdir ki, Rusiya-Türkiyə münasibətlərini dəyərləndirsin?” – Ərdoğan

admin

AZAL təyyarəsinin vurulması əmrini o, verib

admin