Dünya

İsraildə universitetlər və çimərliklər bağlandı

 

Livanın “Hizbullah” hərəkatının hücumları ilə əlaqədar Tel-Əvivin cənub-şərqində yerləşən Rişon-le-Sion şəhərindən ölkənin cənub hissəsinə qədər olan çimərliklər bağlanıb.

 

Tacxeber.comxəbər verir ki,bu barədə “Ynet News” saytı xəbər yayıb.

 

Digər KİV-lər isə yazır ki, “Hizbullah”ın hücumları ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bəzi universitetlərdə dərslər ləğv edilib, təhsilin distant şəkildə davam etdirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, İsrail ordusu bu səhər Livanda “Hizbullah” hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirdikdən sonra, İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Trampın xüsusi nümayəndəsi: “Zelenski mövqeyini yumşaldıb, Putin isə…”

redaktor

Zelenski ilə Zalujnı arasındakı gərginliyin səbəbi

redaktor

İranın yeni cəbhə planı: Müctəba Xameneinin mesajı nəyi göstərir?

redaktor