16 C
Bakı
26 Sentyabr 2025 03:31
CəmiyyətHadisə

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirir.

 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilir ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir və məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

 

“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizliyi və sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibil və tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır və inzibati məsuliyyət yaradır”, – nazirlikdən bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanla sərhəddə 3 qız saxlanıldı – Foto

redaktor

İnternetin bahalaşan “benzini”…

redaktor

Nə seçicisi onun umrundadır… nə də o, seçicinin umrundadır… – BAŞDAN-BAŞA ŞOU…

redaktor