12 C
Bakı
29 Mart 2026 04:58
İdman

“Beşiktaş” və “Fənərbağça”nın sabiq baş məşqçsi vəfat edib

Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor”u çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.

 

“Report” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.

 

Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu yaşamış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Adətən belə oyunlardan sonra ruh düşkünlüyü yaşanır” – Qurban Qurbanov

redaktor

“Əsl kişilik göstərdik” – Murad Musayev

redaktor

Emin Əfəndidən “Neftçi”nin himn məsələsinə REAKSİYA

admin