2 C
Bakı
11 Fevral 2026 09:23
DünyaGündəmHadisəKriminal

Bakıdan Fransaya gedən “Teleqram”ın yatadıcısı Pavel Durov Parisdə həbs edildi

Dünən axşam saatlarında Teleqramın təsisçisi və baş direktoru Pavel Durov Fransanın paytaxtı Parisin “Le Burje” hava limanında saxlanılıb.

 

Bu haqda TF1 telekanalının məlumatında bildirilib.

 

Nəşr Durovun Azərbaycandan gəldiyini və federal axtarışa verildiyini iddia edir. Onun barəsində Fransada axtarış qərarı çıxarıldığı iddia edilir.

Fransız müstəntiqlər Durovu həbs ediblər.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün öncə baş tutan Bakı səfəri zamanı Pavel Durovun onun görüşmək istəməsi haqda mətbuatda xəbərlər dolaşırdı. Pavel məhz bu görüş üçün Bakıya gəlməsi bildirilirdi.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “Xarkov vilayətində şiddətli döyüşlər gedir”

redaktor

ABŞ-da Tramp və İlon Maska qarşı ETİRAZLAR BAŞLADI – ANBAAN VİDEO

redaktor

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya həbs edilib

redaktor