Dünya

Pezeşkian Azərbaycan dilində təhsillə bağlı söz verdi

 

İran Prezidenti Məsud Pezeşkian Urmu gölünün bərpasına və İran Konstitusiyasının ana dilindən istifadəni nəzərdə tutan 15-ci maddəsinin həyata keçirilməsinə söz verib.

 

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, prezident bu barədə güneyli vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiyə verdiyi müsahibədə deyib.

 

O, İran Konstitusiyasının 15-ci maddəsinin tələbinin həyata keçirilməməsinə, Urmu gölündə ekoloji böhrana və Güney Azərbaycanın təbii sərvətlərinin talanmasına toxunaraq, Prezident Məsud Pezeşkiandan bu məsələlərlə bağlı planlarını açıqlamasını istəyib.

 

Ümumi şəkildə Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmu gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İmran Xana 10 il iş verildi

redaktor

Finlandiyanın yeni prezidenti Rusiya ilə münasibətlərə son qoydu: “Putin zəng etsə, telefonu açmayacam”

redaktor

Müharibədən qaçan rusiyalılar Türkiyəni də kütləvi tərk edir – 666 min nəfər vətənə qayıtmayıb

redaktor