Dünya

KİV: Ukrayna Qərbə Putinin qırmızı xətlərini keçmək imkanını nümayiş etdirir

“Ukrayna hökuməti Qərbə Rusiya Prezidenti Vladimir Putinin qırmızı xətlərini keçmək imkanını göstərir”.

Tacxeber.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov  “Washington Post” nəşrinə müsahibısində bildirib.

O qeyd edib ki, buna görə də, indi Zelenski Vaşinqtonun Kiyevin Rusiyadakı hədəflərə uzaqmənzilli zərbələr üçün Qərb silahlarından istifadə etməsini qadağan edən məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edir: “Rusiya Federasiyasının özü belə icazənin veriləcəyinə inanır və buna hazırdır”.

 

Markov hesab edir ki, Birləşmiş Ştatlar “müharibəyə səbəb ola biləcək böyük hadisə baş verməmək üçün bu qırmızı xətləri onlarla xırda nazik qırmızı saplara kəsib, onları yavaş-yavaş keçmək” strategiyasını seçib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail tankları Suriyaya daxil oldu

redaktor

Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” – FOTO

redaktor

AZAL sərnişinlərini öldürən şəxs budur: Rusiyanın cinayətkar hərbçisinin – Fotosu

redaktor