26 C
Bakı
10 Avqust 2025 07:15
Dünya

Baza 5 gündür yanır, həbsxanada qiyam… – Nə baş verir?

 

Rusiyanın Volqoqrad vilayətində məhbus olan İŞİD üzvlərinin həbsxana işçilərinin bir qismini öldürməsi, digərlərini girov götürməsi qonşu ölkədə hökm sürən ağır vəziyyətə işarədir. Həmin Volqoqrad səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatları hökmranlıq edir, hərbi hava limanına zərbələr endirib, Rostovda yanacaq anbarındakı alovu günlərdir söndürə bilmirlər.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

 

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kursk ətrafındakı vəziyyətlə bağlı son onlayn iclasda nə qədər sakit görünməyə çalışsa da, ölkənin xaosa doğru sürükləndiyini gizlətmək getdikcə çətinləşir:

 

“Rusiya şəhərlərinin ələ keçirilməsi, bombalanması, hava sahəsində pilotsuz uçuş aparatlarının uçması və zərbələr endirilməsi, yanğınlar, gəmilərin batırılması, itkilərin sayının artması, o cümlədən həbsxanalarda qiyamlar adiləşir. SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır”.

Tacxeber.com

Oxşar xəbərlər

Ayrılan pullar bizə çatmır – Zelenski

redaktor

İsrailin müdafiə naziri aviasiya məzunlarına: “Ola bilsin, üç il sonra İrana hücumda iştirak etdiniz”

admin

Süni zəlzələ mümkündürmü? – Qurban Yetirmişlidən açıqlama

redaktor