Dünya

Ukraynadan Rusiyaya növbəti hücum: Günlərdir yanan neft anbarını yenidən vurdu – VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində yanğın baş verən və bir neçə gündür söndürə bilmədiyi neft bazasına yenidən hücum edib.

 

Tacxeber.comRusiya teleqram kanallarına istinadən xəbər verir ki, Ukrayna PUA-sı səhər saat 5 radələrində neft anbarının ərazisinə hücum etməyə cəhd edib.

 

İlkin məlumatlara görə, hücum nəticəsində xəsarət alan olmayıb.

 

Qeyd edək ki, neft bazasında yanğın avqustun 18-də səhər saatlarında başlayıb. Hazırda yanğın lokallaşdırılmayıb. Eyni zamanda, alovun kerosin çənlərinə də keçmə təhlükəsi var.

 

Yeni hücum cəhdi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Qadın üzü görməyən dahilər – MARAQLI

admin

Arzum Putin, Zelenski və Trampı Türkiyədə bir araya gətirməkdir – Ərdoğan

redaktor

“Qələbələr səssizliyi sevir”: Sırsky Kurk əməliyyatının nəticələrindən danışdı – WP

redaktor