Təhsil

Test imtahanları LƏĞV OLUNUR? – Məleykə Abbaszadə iddialara cavab verdi

 

“Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.

 

Tacxeber.comSfera.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.

 

Test üsulu ilə imtahanların ləğv ediləcəyi ilə bağlı iddialara münasibət bildirən DİM rəhbəri qeyd edib ki, bundan söhbət belə gedə bilməz:

 

“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə test üsulu ilə bağlı imtahanların ləğv ediləcəyinə dair xəbərlər yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər – REKTOR

redaktor

Sertifikasiya imtahanında maksimum balı Salyan müəllimləri yığıb – VİDEO

redaktor

“Bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə distant təhsil üçün pilot layihələrə icazə verilməlidir” – Osman Gündüz

admin