12 C
Bakı
28 Mart 2026 15:32
Dünya

Oğurluğa girdiyi evdə kitab oxuyarkən ev sahibinə yaxalandı

 

İtaliyanın paytaxtı Romanın Prati rayonundakı evdə qəribəoğurluq hadisəsi baş verib.

 

Tacxeber.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, avqustun 20-də oğurluq məqsədi ilə evə girən şəxs ev sahibinin yataq otağında gördüyü kitabla yaxından maraqlanıb.

 

Çarpayının üstündə kitabı oxumağa başlayan oğru ev sahibinə yaxalanıb.

 

71 yaşlı ev sahibi dərhal polisə məlumat verib.

 

Oğrunu ələ verən kitab isə italiyalı yazıçı Giovanni Nuccinin ötən il Homerin “İliada” dastanı əsasında yazdığı “Gli Dei Alle Sei” adlı əsəri olub.

 

38 yaşlı şəxs evə oğurluq məqsədilə girmədiyini deyib.

 

“Görüşüm var idi və gözləyərkən mənzərəyə baxmaq üçün mənzilin terrasına çıxdım. Sonra aşağıdakı eyvana yıxıldım. Yataqxana olduğunu düşündüm. Yıxıldığım yerdə gözümə kutab dəydi və diqqətimi çəkdi”,- deyə oğru söyləyib.

 

Onun dediklərinə baxmayaraq üzərində tapılan bahalı geyimlər və bəzi əşyaların başqa yerdən oğurlaması onun oğru olmasına sübuta yetirib.

 

Oğurluq cəhdi İtaliya mətbuatında “İntellektual oğru” başlığı ilə işıqlandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin: “Rusiya suverenliyini itirə bilər”

redaktor

“Makronun açıqlamaları Fransanın Azərbaycana qərəzli yanaşmasını bir daha təsdiqlədi”

redaktor

Merz: “İndi hər şey Ukrayna üçün bu üç çətin il kimi yox, fərqli olmalı olacaq”.

admin