Dünya

Millət vəkili jurnalistin başına qapaz vurdu – VİDEO

 

Taylandda hazırkı millət vəkili, sabiq baş qərargah rəisi ona sual verən jurnalistin başına qapaz vurub.

 

Tacxeber.com“The Guardian”a istinadla xəbər verir ki, yeni baş nazir Sinavatra parlamentdə etimad səsverməsi aldıqdan sonra onunla münasibəti yaxşı olmayan deputat Pravit Vongsuvan parlamentin qarşısında jurnalistlərlə qarşılaşıb.

 

Bu zaman jurnalistlərdən biri deputatdan içəridəki ab-havanın necə olduğunu soruşduqda o qəzəblənib.

 

79 yaşlı Prawit binadan çıxarkən Duangthip Yiamphopun başına bir neçə dəfə vuraraq “Nə soruşursan? Nə? Nə?” reaksiyasını verib.

 

Tayland parlamenti rəsmi şikayətdən sonra deputatla bağlı araşdırma aparacağını bildirib. Pravit ciddi etik pozuntuda təqsirli bilinərsə, deputatlıqdan uzaqlaşdırıla və ya ömürlük qadağa ilə üzləşə bilər.

 

Tayland Jurnalistlər Assosiasiyası Praviti “jurnalistə qarşı zorakılıq” tətbiq etdiyinə görə qınayıb. Onun hərəkətləri jurnalist hüquqlarına və azadlığına qarşı təhdid və təqib kimi qiymətləndirilib.

 

Pravit jurnalistdən üzr istəyib və heç bir pis niyyətinin olmadığını deyib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlu ilə bağlı qətnaməni imzaladı

admin

Mövqelərimiz atəşə tutuldu

redaktor

Ukrayna Müdafiə Nazirliyi: Zalujnının istefa xəbəri yalandır – YENİLƏNİB

redaktor