29 C
Bakı
11 Avqust 2025 14:17
Dünya

Günəşdə güclü partlayışlar baş verdi

 

Alimlər Günəşdə iki güclü “M” sinifli partlayış qeydə alıblar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Qeyd olunur ki, ilk partlayış cümə axşamına keçən gecə baş verib.

 

“Avqustun 22-də Bakı vaxtı ilə 02:08-də 3796 (S03E28) günəş ləkələri qrupunda rentgen diapazonunda 18 dəqiqə davam edən “M5.1/2N” partlayışı aşkar edilib”, – məlumatda bildirilir.

 

Bundan əlavə, Bakı vaxtı ilə 14:39-da alimlər 15 dəqiqə davam edən “M1.5” partlayışını qeydə alıblar.

 

“Hər iki partlayış HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub”, – məlumatda qeyd olunub.

 

Kosmik hava monitorinqinin məlumatına görə, son 24 saat ərzində günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beş göstərici şkalası üzrə R2 (orta) səviyyəsində olub, burada ən yüksək göstərici R5-dir (ekstremal).

 

Hazırda bütün şkalalar, o cümlədən Yerin maqnit sahəsinin pozulma dərəcəsi sıfır səviyyəsindədir (sakit).

Tacxeber.com

Oxşar xəbərlər

Pentaqon yeni “B61-13” atom bombasının yaradıldığını anons edib

admin

Qədim Misir təbabətində heyrətamiz üsullar

admin

Müdafiə Nazirliyinin generalı həbs edildi – YENİLƏNİB

redaktor