5 C
Bakı
28 Fevral 2026 19:06
CəmiyyətHadisə

Baş idarədən əməliyyat: sayt rəhbərləri həbs edildi

Tacxeber.com xəbər verir ki, “Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

 

Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən “Report”a təsdiqləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Samir Aşurovun həyat yoldaşı: “Soyuqdan ciyərləri ağrıyır, amma həkim yaxın durmur”

admin

Azərbaycanda pilot qəfil dünyasını dəyişdi

redaktor

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

admin