32 C
Bakı
09 Avqust 2025 17:30
DünyaTexnologiya

“10 il sonra milyonlarla insanın beynində çip olacaq” – Mask

Amerikalı milyarder və iş adamı İlon Mask qarşıdakı 10 il ərzində milyonlarla insanın “Neuralink” beyin implantlarından istifadə edəcəyini bildirib.


Tacxeber.com  xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“Hər şey yaxşı olsa, bir neçə il ərzində yüzlərlə insan “Neuralink”ə sahib olacaq, bəlkə də 5 il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insan buna sahib olacaq”, – Mask qeyd edib.

Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. “Neuralink” kompüter və ya smartfonla birbaşa əlaqə yaratmaq üçün insanın beyninə yerləşdirilən çipdir. Milyarder hesab edir ki, bu cür qurğular insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək, kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

Xatırladaq ki, yanvarın 28-də “Neuralink” ilk dəfə insan beyninə implant yerləşdirib. Avqustun 5-də isə Mask implantın ikinci xəstəyə quraşdırıldığını elan edib. Qurğu iflic olan şəxslərə kompüteri idarə etməyə imkan verir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da dələduz süni intellektlə özünü Marko Rubio kimi təqdim edib və yüksək vəzifəli şəxslərlə əlaqə qurub — KİV

redaktor

ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlu ilə bağlı qətnaməni imzaladı

admin

Türkiyədə azərbaycanlı qadın professorun diplomu ləğv edildi – Lalə Kazımbek kimdir?

redaktor