12 C
Bakı
28 Mart 2026 20:33
DünyaHadisə

Yaponiyada aeroportda itən qayçıya görə 40-a yaxın reys təxirə salındı

Yaponiyanın Hokkaydo adasındakı Yeni Çitose hava limanında mağazadan qayçı itdiyi üçün 200-dən çox reys gecikib, 40-a yaxın reys isə təxirə salınıb.

 

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, şənbə günü avqustun 17-də daxili reyslərin uçduğu ərazidəki mağazadan qayçı yoxa çıxıb. Nəticədə, qayçının potensial terrorçular tərəfindən oğurlanacağı və təyyarənin göyərtəsində silah kimi istifadə olunacağı ilə bağlı şübhələr yaranıb.

 

Təhlükəsizlik xidməti əməkdaşlarının hava limanında reyd keçirməsi nəticəsində 201 reys dayandırılıb, 36 reys isə təxirə salınıb. Təhlükəsizlik xidməti əməkdaşları iki saat ərzində axtarışlar aparıb. Bəzi sərnişinlər yenidən yoxlamadan keçməli olub və yola düşmə zonasında uzun növbələr yaranıb.

 

Qayçı bir gün sonra itdiyi mağazada o mağazanın əməkdaşı tərəfindən tapılıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Asteroid Yerin peykləri ilə toqquşa bilər

redaktor

Bakıda DƏHŞƏT: keçmiş arvadını və oğlunu güllələyən şəxs tutuldu

admin

Ukrayna Moskvanı vurmamalıdır – TRAMP

redaktor