12 C
Bakı
28 Mart 2026 12:40
Dünya

Gəmi meymunçiçəyinə görə karantinə götürüldü

 

Argentina Parana çayındakı yük gəmisini meymunçiçəyi (Mpox) virusu şübhəsi ilə karantinə götürüb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat verib.

 

Açıqlamada Liberiya bayraqlı gəminin Braziliyanın Santos şəhərindən Argentinanın San Lorenzo limanına getmək üzrə olduğu bildirilib.

 

Qeyd edilib ki, səfər zamanı ekipaj gəmidə olan Hindistan vətəndaşının bədənində çox sayda kistaya bənzər yaraların olması barədə onlara xəbərdarlıq edib.

 

Meymunçiçəyi simptomları göstərən şəxsin təcrid edildiyi, yük gəmisinin Parana çayında lövbər salaraq karantinə alındığı bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

İqor Xovayev Azərbaycana gələcək

redaktor

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

admin

Navalnının anası İK-nin müstəntiqlərinə qarşı cinayət işinin açılmasını tələb etdi

redaktor