Dünya

Gəmi meymunçiçəyinə görə karantinə götürüldü

 

Argentina Parana çayındakı yük gəmisini meymunçiçəyi (Mpox) virusu şübhəsi ilə karantinə götürüb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi məlumat verib.

 

Açıqlamada Liberiya bayraqlı gəminin Braziliyanın Santos şəhərindən Argentinanın San Lorenzo limanına getmək üzrə olduğu bildirilib.

 

Qeyd edilib ki, səfər zamanı ekipaj gəmidə olan Hindistan vətəndaşının bədənində çox sayda kistaya bənzər yaraların olması barədə onlara xəbərdarlıq edib.

 

Meymunçiçəyi simptomları göstərən şəxsin təcrid edildiyi, yük gəmisinin Parana çayında lövbər salaraq karantinə alındığı bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Əgər Rusiya Ermənistanı türklərə təslim edirsə, o zaman İrəvan…” – Ermənilər Zatulinə QƏZƏBLƏNDİ

admin

Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ

redaktor

Müharibənin indiki mərhələsində ABŞ və İsrail fərqli hərbi-siyasi hədəfləri seçiblər.

redaktor