18 C
Bakı
01 Aprel 2026 16:02
Dünya

Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib?

 

Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Qafqazinfo”ya övladı həmin tədris müəssisəsində oxuyan valideynlər bildiriblər.

 

Valideynlərin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Onlara növbəti tədris ilindən liseydə çalışmayacaqları bildirilib.

 

Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz açıqlamasında Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söylədi:

 

“Liseyimiz 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxtdan iki ölkə arasında imzalanan müqaviləyə əsasən, tədris planında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərinin azərbaycanlı müəllimlər tərəfindən yalnız lise bölümündə (9-11-ci sinifləri əhatə edir) tədrisi nəzərdə tutulub. Hazırda həmin bölümdə bu dərslər heç bir problem olmadan davam edir. Bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümümüzdə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda sözügedən fənlər keçilirdi.

 

Biz bu il həmin fənləri tədris edən müəllimlərimizə təşəkkür etdik, onların müqaviləsi bitmişdi və həmin müqaviləni uzatmadıq. Rəsmiyyətdə var olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədrisi davam etdirilir. Biz iki dövlət arasında imzalanan müqavilədə nə nəzərdə tutulubsa, onu əsas tuturuq”.

 

Qeyd edək ki, bundan əvvəl də liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı, qəbul imtahanında azərbaycanlı və türkiyəli şagirdlər arasında keçid balında fərq qoyulması ilə bağlı iddialar yayılmışdı. Məktəb rəhbərliyi isə yayılan iddianın əsassız olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? – İnanılmaz

redaktor

Fransa sistemləri ilə bunu edə bilərik – Babayan

admin

Rusiyanın Voronej bazarında çalışan soydaşlarımız SAXLANILIB – FOTO

redaktor