10 C
Bakı
27 Mart 2026 12:50
Dünyaİdman

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”ın uğurlu çıxışı bizə xəbərdarlıqdır”

“Ludoqorets”lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. “Qarabağ”ın uğurlu çıxışı bizə xəbərdarlıqdır.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bunu “Dinamo”nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

 

Mütəxəssis “Qarabağ”ın güclü rəqib olduğunu bildirib:

“Rəqib komandanın futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlara qarşı mübarizə çətin olacaq. Ötən mövsüm UEFA Avropa Liqasında “Bayer 04” (Almaniya) klubuna çətin anlar yaşatdılar. “Ludoqorets”lə (Bolqarıstan) matçda rəqib qapısından səfərdə 7 qol keçirdilər. “Qarabağ”ın uğurlu çıxışı bizə xəbərdarlıqdır. Rəqibin hücum xəttində çox yaxşı oyunçuları var. Müdafiədə necə çıxış edəcəklərini isə görəcəyik”.

 

Qeyd edək ki, “Dinamo” və “Qarabağ” komandaları arasında ilk matç sabah, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Alman azarkeşlər UEFA-nı təhqir etdi

redaktor

Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil! – Çavuşoğludan Baydenə cavab

redaktor

“Mən ürək ağrısı ilə yazıram: Rusiya öz rolunu itirib” – Markedonov

redaktor