13 C
Bakı
27 Mart 2026 22:06
CəmiyyətHadisə

Avtobus zolağında “bazar”: Ölmədik, bu günü də gördük! – FOTO

Paytaxt və iri şəhərlərdə küçə ticarəti əvvəllər səki və yol kənarlarını əhatə edirdisə, indi bu ticarət də “genişlənməkdə”, “öz hüdudlarını” aşmaqdadır.

 

Hal-hazırda metronun “Azadlıq” stansiyasının girişində – magistral yolun avtobuslar üçün xüsusi zolaqla işarələnmiş hissəsində şıdırğı alver gedir. Belə ki, bu dəfə avtobus zolağında bazar açan küçə ticarətçiləri, səkinin də bir hissəsini zəbt etməklə mer-meyvə satışı ilə məşğul olmaqdadır. İşin ən qəribə tərəfi isə əlaqədar qurumların bu şəxs və ya şəxslərin səki ilə yanaşı, avtobus zolağını da zəbt etməsinə seyrçi münasibət bəsləməsidir. (Moderator)

Tacxeber.com