30 C
Bakı
10 Avqust 2025 18:56
CəmiyyətHadisə

“Alov Qüllələri” arasındakı kəndirdə gəzən şəxs kimdir?

Bakıda səhər saatlarında “Alov Qüllələri” binaları arasında çəkilən ip üstündə gəzən kəndirbaz sakinlərin diqqətini çəkib.

 

Oxu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb.

 

Məsələni araşdırmaq üçün “Alov Qüllələri” ilə əlaqə saxladıq.

Qurumun satış və marketinq direktoru Doğu Yaman Oxu.Az-ın sorğusuna cavab olaraq enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, “ip üzərində akrobatika” səhnəsi videoçarxın bir hissəsi olacaq.

 

Məsələ ilə bağlı həm də Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq.

Agentliyin Mətbuat Xidmətindən bildiriblər ki, kəndirbazlıq səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqlədi.

Tacxeber.com

Oxşar xəbərlər

Binaların həyətinə də QADAĞA nişanları qoyulur

redaktor

Şəhidimiz polkovnik-leytenant Rəşad Atakişiyevin anım günüdür

redaktor

Vətəndaşlar “Getcontact”ı telefondan silsinlər, abunəliyi sonlandırsınlar – ÇAĞIRIŞ

redaktor