Dünya

Moskva şokda: Ukrayna qoşunları Rusiyada irəliləyir

 

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenski ilə görüşdə bildirib.

 

“Qoşunlar bəzi istiqamətlərdə 1-3 km məsafədə düşmənə doğru irəliləyir. Bütün cəbhə xəttində döyüşlər davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, – o əlavə edib.

 

Sırski, həmçinin Ukrayna sərhədindən təxminən 11,5 km aralıda yerləşən Malaya Loknya kəndi ərazisində döyüşlərin getdiyini və rus əsgərlərinin əsir götürüldüyünü bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin dostu Şoyqu Rusiyadan niyə qaçmaq istəyib?

redaktor

Əsəd belə cəzalandırılsın! – Bayden

redaktor

Putin qəzəbləndi – Qisas əmri verildi: “Rüsvayçılıqdır…”

redaktor