7 C
Bakı
26 Dekabr 2025 22:55
Cəmiyyət

Xəstəxanadakı pasiyenti kim döyüb? – DİN açıqladı

 

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib.

 

Daxili İşlər Nazirliyindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.

 

“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, – açıqlamada vurğulanır.

 

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.

Tacxeber.com

Oxşar xəbərlər

Hava Limanında VIP sərnişinlərə xidmət sahəsinə işçi tələb olunur

admin

Bir şəhid o zaman unudulmaz ki, uğrunda öldüyü torpaqlarda gözü yaşlı bir gələcək qalmasın.

redaktor

“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün instaqramım bağlandı”

redaktor