12 C
Bakı
28 Mart 2026 03:29
Cəmiyyət

Xəstəxanadakı pasiyenti kim döyüb? – DİN açıqladı

 

Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı görüntülərə aydınlıq gətirilib.

 

Daxili İşlər Nazirliyindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.

 

“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, – açıqlamada vurğulanır.

 

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.

Tacxeber.com

Oxşar xəbərlər

“20 Yanvar” stansiyasının keçidində olan ticarət köşklərin yığışdırılması təklif olunub

redaktor

Bakıda “ölüm zonası”: Burada yaşayanlar təhlükə qarşısındadırlar

redaktor

Maqnit qasırğaları yenidən yaxınlaşır: Təhlükəli günlər AÇIQLANDI

redaktor