21 C
Bakı
21 İyun 2025 22:30
Cəmiyyətİdman

“Qarabağ”ın Zaqreb “Dinamo”su ilə oyunlarının başlama saatlari bəlli oldu

“Qarabağ”ın Bakıda Xorvatiyanın “Dinamo” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.

 

Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Xorvatiyadakı ilk görüş avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma isə saat 20:45-də start götürəcək.

 

Xatırladaq ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets”i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan “köhlən atlar” səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə 4 qol vuran “Qarabağ” 7:2 hesablı qələbəyə sevinib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” – “Dinamo” oyununa nə qədər bilet satılıb?

admin

Palçıqdan daxma, siçanlı yataq: Altı nəfərlik ailənin dramı – VİDEO

redaktor

Azərbaycan futbolunda qorxulu anlar, oyunçunun ayağı qırıldı – VİDEO

redaktor