10 C
Bakı
27 Mart 2026 16:14
DünyaGündəmİdman

Zirənin rəqibi erməni futbolçunu Bakıya gətirəcək?

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətitməkbfikri yoxdur.

 

Tacxeber.com xəbər verir ki, bu barədə baş məşqçi Federiko Koppitelli Xorvatiya mətbuatına danışıb. O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq. Bunun səbəbinin isə siyasi məsələ olduğunu bildirib.

 

“Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik. Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”, – deyə çalışdırıcı söyləyib.

 

Xatırladaq ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“İstefa verməyəcəm, 2027-yə qədər seçilmişəm” – Zorla “taxtdan” yapışan Makron

redaktor

Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər

redaktor

İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir

redaktor