15 C
Bakı
30 Mart 2026 18:29
Dünya

Rusiyanın nüvə planı: Hədəfdə Türkiyə də var

 

Rusiyanın NATO ilə mümkün açıq qarşıdurması zamanı Avropanın dərinliklərindəki mövqeləri nüvə silahları ilə hədəf alacağını sübut edən sənədlər ortaya çıxıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.

 

Nəşrin əldə etdiyi 29 gizli sənədə əsasən, Fransanın qərb sahillərindən İngiltərənin Barrou-in-Furnes şəhərinə qədər uzanan hədəflərin xəritələri təfərrüatlı şəkildə açıqlanıb.

 

Məlumata görə, hazırlanan xəritələrdə Rusiyanın dəniz donanmasının 32 NATO obyektinin hədəf alındığı göstərilir. Onlar arasında Türkiyənin 4 məntəqəsi də yer alıb.

 

NATO-nun keçmiş rəsmisi Uilyam Alberk nəşrə açıqlamasında bildirib ki, bu nümunə Avropa üzrə xəritələnmiş yüzlərlə, hətta minlərlə hədəfin, o cümlədən hərbi və kritik infrastruktur hədəflərinin kiçik bir hissəsidir.

 

Rusiya prezidenti Vladimir Putin Qərbin Kiyevə hərbi dəstəyinin qarşısını almaq üçün Ukraynanın avropalı müttəfiqlərini dəfələrlə hədələyib.

 

NATO hesablamalarına görə, alyansdakı ölkələr Rusiyanın genişmiqyaslı hücumundan qorumaq üçün yetərincə gücə malik deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Vahid Əhmədovdan FHN-ə sərt ittiham: “Çoxdan sökməli idi”

redaktor

Yardım üçün gətirilən yorğanın içindən qızıllar çıxdı – FOTO

redaktor

İranın səssiz işğalı

redaktor