28 C
Bakı
11 Avqust 2025 20:25
DünyaSiyasət

Bakıda doğulan Avakyan Zelenskinin yerinə gətirilir ? Bunun ABŞ-ın planı olduğunu Rusiya açıqladı

ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu (Avakyan) Prezident Vladimir Zelenskinin yerinə uyğun namizəd hesab edir.

 

Bu haqda Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda uyğun namizəd kimi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov qiymətləndirilir”, – açıqlamada deyilir.

 

Rusiya kəşfiyyatına görə, amerikalılar erməni əsilli sabiq nazirin “güclü tərəflər”i kimi Ukraynanın millətçi dairələri ilə sıx və Avropa ölkələrinin başçıları ilə davamlı əlaqələrini hesab edirlər.

 

Açıqlamada o da vurğulanır ki, Vaşinqtonun hesab etdiyi kimi, bu, Qərbə Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək.

 

Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində doğulub, 1966-cı ildə ailəsi ilə birgə daimi olaraq Ukraynaya köçüb. 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində işləyib.

 

Avakyan 44 günlük Vətən Müharibəsində separatçılar və Ermənistana dəstəyi ilə diqqət çəkmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə mühəndislərindən müdhiş YENİLİK: Yerli radar sistemləri bütün hava məkanını 24 saat izləyəcək

redaktor

Kadırovun anasına da sanksiya tətbiq edildi

redaktor

“Bordo bereli”lər Suriyada 4 terrorçunu məhv etdi

redaktor