31 C
Bakı
13 Avqust 2025 17:55
Kriminal

Azərbaycanda sayt rəhbəri HƏBS EDİLDİ – FOTO

Azərbaycanda sayt rəhbəri HƏBS EDİLDİ - FOTO

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

 

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da 22 nəfəri öldürən şəxs ölü tapıldı – NBC

admin

Sumqayıtda qətlə yetirilən şəxs şəhid Vüsalın əmisi imiş – FOTO

redaktor

14 yaşlı qız 6 yaşlı qardaşını sosial şəbəkədən aldığı göstərişlə ÖLDÜRDÜ

redaktor