24 C
Bakı
23 İyun 2025 20:01
Dünya

Yer kürəsində maqnit qasırğası başladı

 

Yer kürəsində G1 sinfinə aid zəif maqnit qasırğası başlayıb.

 

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fobos” mərkəzinin aparıcı mütəxəssisi, sinoptik Mixail Leus şəxsi “Telegram” kanalında məlumat verib.

 

Məlumata görə, üç gün ərzində proqnozlaşdırılan maqnit qasırğası Bakı vaxtı ilə saat 19:09-dan sonra başlayıb.

O qeyd edib ki, səhər geomaqnit sahəsində pozuntular artıq zəif maqnit qasırğasına uyğun gələn beş Kp indeks vahidi işarəsinə yaxınlaşırdı, lakin bu, günün ikinci yarısında baş verib.

 

Leus həmçinin əlavə edib ki, bu fenomenin zəifləməsini, güclənməsini və ya sonunu proqnozlaşdırmaq mümkün deyil.

 

Avqustun 5-i Günəşdə yüksək dərəcəli “X” partlayışı aşkar edilib.

 

Həmçinin, M1.0, M1.2/SF, M6.1/1N, M1.7 partlayışları qeydə alınıb. Onlar Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerə çatdıqda maqnit qasırğalarına və radio rabitəsində fasilələrə səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

“Putinin təbəssümü kollektiv Qərb üçün vahiməyə çevrilib” – “dikGAZETE”

redaktor

Rus qazı əvəzinə Azərbaycan qazı… – Zelenski

redaktor

Dan Nikuşor qalib gəldi! Rumıniya, təbrik edirəm! – Kamran Cəfərov

admin