31 C
Bakı
13 Avqust 2025 17:49
DünyaMuharibə

Ukrayna Rusiyanın daha bir vilayətini işğal edir: artıq təxliyə başladı

Artıq Belqorod vilayətinin Krasnoyaruzsk rayonunda sakinlərin təxliyəsinə başlanılıb.

 

Məlumatı Belqorod vilayətinin qubernatoru özünün Teleqram kanalında yazıb.

 

“Krasnoyaruzsk rayonu ilə sərhəddə düşmən aktivləşib. Biz əhalinin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyaruzsk rayonunda yaşayan insanları təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, – o bildirib.

 

Qubernator neçə nəfərin təxliyə ediləcəyini və hara aparılacağını dəqiqləşdirməyib.

Krasnoyaruzsk rayonu Ukrayna hərbçilərinin avqustun 6-da daxil olduğu qonşu Kursk vilayətinin Suca şəhərindən təxminən 45 kilometr aralıda yerləşir. Qərb tərəfdən Ukrayna sərhədinə, şimal tərəfdən isə Kursk vilayətinin Belovski rayonuna bitişikdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Konqresində Zelenskini 21 dəfə ayaqüstə alqışladılar – Video+Fotolar

admin

Putindən qəhrəman yaratmayın, Rusiya dağılsa… – Lukaşenko

redaktor

Qazaxıstanda şaxtadakı partlayışda 28 nəfər ölüb – YENİLƏNİB

admin