DünyaMuharibə

Ukrayna Rusiyanın daha bir vilayətini işğal edir: artıq təxliyə başladı

Artıq Belqorod vilayətinin Krasnoyaruzsk rayonunda sakinlərin təxliyəsinə başlanılıb.

 

Məlumatı Belqorod vilayətinin qubernatoru özünün Teleqram kanalında yazıb.

 

“Krasnoyaruzsk rayonu ilə sərhəddə düşmən aktivləşib. Biz əhalinin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyaruzsk rayonunda yaşayan insanları təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, – o bildirib.

 

Qubernator neçə nəfərin təxliyə ediləcəyini və hara aparılacağını dəqiqləşdirməyib.

Krasnoyaruzsk rayonu Ukrayna hərbçilərinin avqustun 6-da daxil olduğu qonşu Kursk vilayətinin Suca şəhərindən təxminən 45 kilometr aralıda yerləşir. Qərb tərəfdən Ukrayna sərhədinə, şimal tərəfdən isə Kursk vilayətinin Belovski rayonuna bitişikdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun 15 yaşlı oğluna ard-arda mükafat verilir: Kremldən reaksiya gəldi

redaktor

Molla rejimindən Azərbaycana hədə-qorxu: “İran Ermənistan deyil!”

redaktor

Kim Çen In qızına ballistik raketlər saxlanılan yeri göstərdi

redaktor